SON DƏQİQƏ: Bakı metrosunda qan ləkələri… – Qatar daynadırıldı və…backend

Bakı metrosunda qatarların hərəkətində gecikmə olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni”Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, gecikməyə səbəbə qatarlardan birinin vaqonunda qan izlərinin aşkarlanması olub: “Metronun “Həzi Aslanov”stansiyasında qatarlardan birinin vaqonunda maşinist qan ləkələri görüb. Dərhal sanitar-gigiyenik normalara uyğun olaraq maşınist aidiyyəti üzrə məlumat verib və qatar saxlanılıb. Vaqona xadimə çağrılıb və qan ləkələri silinib təmizləndikdən sonra qatarın reysə buraxılmasına icazə verilib”.

B. Məmmədov bildirib ki, bu səbəbdən qatarların hərəkətində intervaldan artıq iki dəqiqə gecikmə yaranıb: “Artıq interval bərpa olunub və gecikmə yoxdur”.