SON DƏQİQƏ: Bakı- Qazax yolunda ağır qəza – Ölənlər varbackend

Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

Yeni Gündəm”-in məlumatına görə, hadisə magistral yolun Goranboy rayonunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib, daha bir nəfər ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.