SON DƏQİQƏ:Bakıda ana iki azyaşlı övladı ilə birlikdə özünü binadan atdıbackend

Bakıda intihara cəhd hadisəsi baş verib.

“Yeni Gündəm” “Report”a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu – 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir – red.) özlərini yaşadıqları binanın 4-cü mərtəbəsindən atıblar.

Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.