SON DƏQİQƏ:  Bakıda çoxmənzilli binada yanğınbackend

Bakı şəhərinin Nəsimi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb.

“Yeni Gündəm” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, binanın şaxtasında elektrik naqillərində yanğın baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Yanğın saat 20:25-də söndürülüb.