SON DƏQİQƏ:Bakıda güclü yanğın – YENİLƏNDİbackend

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 300 kv/m olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Anbara bitişik sexlər yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

***

18:59

Bakıda anbarda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi ünvanında anbarda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, yanğının sahəsi təqribən 250 m² təşkil edir. Hazırda yanğınsöndürmə işləri aparılır.