SON DƏQİQƏ:Bakıda güclü yanğın – YENİLƏNİRbackend

Bakıda yeni tikilən obyekt yanır.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilir ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən yeni tikinti obyektində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.