SON DƏQİQƏ: Bakıda sərnişin avtobusu qəzaya uğrayıb – FOTObackend

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Gündəm” APA-ya istinadən xəbər verir ki, Zığ yolu şosesində “Daewoo” markalı avtobus yoldan çıxıb.

Hava limanı istiqamətində hərəkətdə olan 60 nömrəli sərnişin avtobusu idarəetmədən çıxaraq arakəsmələrə çırpılıb.

Qəza zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.