SON DƏQİQƏ: Bakıdan uçan təyyarə İrəvana eniş etdi – Göyərtədə kimlər var?backend

Azərbaycan iki hərbi əsiri Ermənistana təhvil verir.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, Bakıdan uçan təyyarə İrəvana eniş edib.

Rüstəm Muradovun müşayiəti ilə iki hərbi əsir – Artur Nalbandyan və Armais Torozyan azərbaycanlı hərbçi Cəmil Babayevlə dəyişdirilir.

Qeyd edək ki, Avqustun 25-i Cəmil Babayev sülhməramlıların nəzarətində olan Ağdərə rayonuna keçib. Hüquq mühafizəçiləri onu saxlayıblar.

Bundan sonra Azərbaycan tərəfi Cəmil Babayevin Gəncədəki (Ağdərədən təqribən 140 km aralıda – red.) psixiatrik xəstəxanadan qaçaraq sülhməramlıların xidmət etdiyi əraziyə keçdiyini bildirib.