SON DƏQİQƏ: Bakının bu ərazisində YANĞIN BAŞLADIbackend

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qamışlıq ərazidə yanğın başlayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.