SON DƏQİQƏ:Baş nazir vəfat etdibackend

Bəhreynin Baş naziri Şeyx Xəlifə bin Salman əl-Xəlifə 84 yaşında vəfat edib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Bəhreyn Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Baş nazir bu gün ABŞ-da müalicə aldığı klinikada vəfat edib.

Baş nazirin ölümü ilə əlaqədar Bəhreyndə bir həftəlik matəm elan edilib və dövlət bayraqları yarıyadək endirilib.APA