SON DƏQİQƏ! Britaniya ordusu hərəkətə KEÇDİ – Rusiyaya qarşı KRİTİK HƏMLƏbackend

Britaniya Hərbi Hava Qüvvələrinin komandanı Mayk Viqston qırıcılarının Rusiya təhlükəsinə hazır olduğunu bildirib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə o, “Sky News” telekanalında məlumat verib.

“Putinin silahlı qüvvələri Böyük Britaniya və ya onun müttəfiqləri üçün təhlükə yaradarsa, hərbi təyyarələrimiz və pilotlar döyüşə hazırdır”, – komandan bildirib.

Londonun Rusiya ilə birbaşa münaqişəyə girməsinin nə dərəcədə mümkün olduğuna gəldikdə Britaniya Hərbi Hava Qüvvələrinin komandanı qeyd edib ki, Moskva daha ​​çox aqressivləşir:

“Biz buna hazır olmalıyıq və bu, mənim fikrimcə, işğaldan irəli gələn Avropa təhlükəsizliyi üçün ən vacib dərsdir”.

Komandan əlavə edib ki, Rusiyanın Böyük Britaniya və Avropanın təhlükəsizliyinə ən ciddi təhdid olmasına şübhə etmir.