SON DƏQİQƏ! Bu ölkə Türkiyənin tələbini RƏDD ETDİ – Anlaşma ləğv EDİLDİbackend

Finlandiya Türkiyənin ekstradisiya tələbləri ilə bağlı yeni açıqlama verib.

“Yeni Gündəm” xəbər verir ki, Finlandiya Ədliyyə Nazirliyinin sözçüsü Sonya Varpasuo Ankaranın ekstradisiya məsələsi ilə bağlı imtina edilən altı işin yenidən araşdırılmasını və qərarın verilməsini istədiyini deyib.

“Qərar qətidir. Bunların yenidən nəzərdən keçirilməsinin mümkün olmadığı Türkiyəyə bildirilib”, – nazirliyin sözçüsü vurğulayıb.

Finlandiya və İsveç Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzv olmaq istədiklərini açıqlayıb. Alyans üzvü Türkiyə isə bu üzvlüyün təsdiqi üçün İsveç və Finlandiyada PKK və FETÖ terror təşkilatlarının 33 üzvünün ekstradisiyasını tələb edib. Bundan sonra iyunun sonunda Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandum imzalanıb. Türkiyə terrorçuların ekstradisiyası şərti ilə bu ölkələrin NATO-ya üzvlüyünə veto qoymayacağını açıqlayıb.

Ədliyyə naziri Bəkir Bozdağ bundan əvvəl İsveçin indiyədək yalnız bir nəfəri ekstradisiya etdiyini və bu şəxsin fırıldaqçılıq maddəsi ilə axtarışda olduğunu bildirib. Bozdağ Finlandiyanın terror cinayətlərinə görə axtarılan heç kəsi Türkiyəyə təhvil vermədiyini də açıqlayıb.

İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün alyansın bütün üzvləri istisnasız olaraq bunu təsdiq etməlidir. Türkiyə isə anlaşma yerinə yetirilməsə, prosesə veto qoyacağını bildirib.