SON DƏQİQƏ: Çinin raketi nəzarətdən çıxdı ! Hər yerə düşə bilər -FOTOLARbackend

Çin kosmosa göndərdiyi Long March-5B raketinin idarəsini itirdi. 22 tonluq raket bir neçə gündə Yerə düşəcək. Elm adamları raketin haraya düşəcəyini hələ müəyyənləşdirə bilməyiblər. Raketin dünyanın hər yerinə düşə biləcəyi bildirilir. ABŞ Kosmik Qüvvələri Komandanlığının bu raketin marşrutunu izləməyə davam etdiyi bildirilir.

“Yeni Gündəm” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözcüsü Mike Howard, Çinin 29 aprel tarixində milli kosmik stansiyanın əsas modulunu işə salmaq üçün istifadə etdiyi Long Marck 5B tipli raketin idarədən çıxdığını və yerə çırpılması gözlənildiyini açıqladı.
Həftə sonu Howard, 22 tonluq raketin idarədən çıxdıqdan sonra atmosferdə bəzi hissələrinin yandığı, ancaq bəzi hissələrinin yaşayış sahələrinə düşmə ehtimalı olduğu ifadə edildi.
Eyni zamanda Howard, raket qalıqlarının yer üzünə harada düşəcəyini dəqiq bilmədiklərini, raketin yerə enəcəyi nöqtənin qəzadan yalnız bir neçə saat əvvəl proqnozlaşdırıla biləcəyini bildirdi.
Daha sonra, raketin 8-10 mayda yerə düşəcəyini gözlədiklərini və raketin marşrutunu ABŞ Kosmik Qüvvələrinin izlədiyini qeyd etdi.
Çin mətbuatında, ABŞ Kosmik Qüvvələri Komandanlığının raketin idarədən çıxması ilə əlaqədar açıqlaması ilə bağlı bir xəbər yoxdur, rəsmi səlahiyyətlilər mövzu ilə əlaqədar heç bir məlumat vermədilər.

Hazırladı: Aynur Abdullayeva

Yenigundem.az