SON DƏQİQƏ! Çörəyin yeni qiyməti BƏLLİ OLDU – Azərbaycanda ikiqat BAHALAŞMAbackend

“Dünya bazarlarında taxıl, un və un məhsulları ilə bağlı vəziyyət normallaşmaq əvəzinə getdikcə pisləşməyə doğru gedir. Azərbaycan dünyanın bir parçası olduğu üçün təbii ki, söhbət həm də bizdən gedir. Azərbaycanda buğda istehsalı daxili tələbatı tam ödəmir, bu baxımdan biz kənardan asılı vəziyyətdəyik. Ümumən Azərbaycanda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir”.

Bunu Teleqraf.com-a iqtisadçı Pərviz Heydərov deyib.

Ekspertin sözlərinə görə, mövcud nisbəti dəyişmək üçün ölkəmizə bundan sonra ən yaxşı halda 4-5 il vaxt lazımdır: “Qlobal miqyasda baş verən taxıl böhranı ölkəmizə də təsir edir və az sonra lap çox təsir edəcəyi qaçılmaz görünür. Bu, özünü idxalda büruzə verir. Məlum olduğu kimi, ölkəmiz sözügedən məhsulun ən çox idxalını Rusiyadan, Ukraynadan, həmçinin Qazaxıstandan həyata keçirir. Marşrut baxımından bu ölkələr bizə yaxın olduğu üçün idxal sərfəli və əlverişlidir.

Hələ ki Ukrayna istisna olmaqla digər ölkələrdən idxalla bağlı hər hansı bir çətinliyin olduğu haqda məlumat yoxdur. Lakin dünyadakı vəziyyət ölkələrin də taxıl istehsalı və tədarükü ixracında çətinliklər yarada bilər. Artıq biz bunun ilkin simptomlarını görürük.

Təbii ki, ölkəmizdə müəyyən çətinliklər ortaya çıxa bilər və çıxacaq da. İlk növbədə cari ilin əvvəlində olduğu kimi, qiymətlər artacaq. İlin sonunadək növbəti artım haqda proqnoz vermişəm. Bunu hələ may-iyun aylarında söyləmişdim. Ümumiyyətlə, çörəyin 1 manatadək bahalaşacağı ehtimalı yaxında olmasa da, orta perspektivdə gerçəyə çevrilə bilər. Hər şey qlobal miqyasdakı vəziyyətdən asılıdır. Vəziyyət pandemiyadan əvvəlki dövrə qayıtmalıdır”.

 

Pərviz Heydərov hesab edir ki, taxıl problemi Rusiya-Ukrayna müharibəsinə görə yaranmayıb: “Müharibə sadəcə olaraq vəziyyəti daha da pisləşdirdi. Dünyada taxıl problemi 2021-ci ildən özünü göstərməyə başlayıb. Bu il vəziyyətin yaxşılığa doğru inkişaf edəcəyi gözlənilirdi. Rusiyanın Ukraynaya müdaxiləsi bu gözləntini alt-üst etdi. Lakin tam əminliklə qeyd edə bilərəm ki, hər nə olsa da, qıtlıq baş verməyəcək. Yəni, bahalaşma olacaq, ancaq çörək və digər un məhsulları bol olacaq.

Etiraf etmək lazımdır ki, son illərdəki bir neçə fors-major hallarından Azərbaycan hökuməti üzü ağ çıxıb. Bu da məhz qabaqlayıcı tədbirlərin hesabına baş verib. Taxıl sarıdan bütün zəruri ehtiyat tədbirləri görülüb və görülür.

Sadəcə olaraq qiymət artımının qarşısını almaq mümkün deyil. Bu sahədə hər şeyi basqı altında saxlamaq sonda başqa fəsadlar yarada bilər. Ona görə də taxıl və un məhsulları ölkəmizdə yenə bahalaşa bilər. Ancaq bu, kəskin şəkildə baş verməyəcək”.