SON DƏQİQƏ: COVİD 19-dan sağalanlarda yeni xəstəlik ortaya çıxır – HƏYƏCAN TƏBİLİbackend

COVİD-19 infeksiyası ağciyərlərin pnevmoniyası səbəblərindən biridir.

Bunu Milli.Az-a açıqlamasında həkim-pulmonoloq Günay Əliyeva deyib.

Pulmonoloq bildirib ki, pnevmaniyanın fərqli xüsusiyyətləri koronavirus infeksiyası zamanı qarşımıza çıxan bir sıra dəyişikliklərə bağlıdır:

“Ağciyərlərin pnevmoniyası çox geniş yayılmış ağciyər potologiyasıdır və müxtəlif səbəblər nəticəsində yarana bilir. Ağciyərlərin pnevmoniyası viral infeksiyaların ağırlaşması kimi də ortaya çıxır. COVİD-19 zamanı yaranmış pnevmaniyanın fərqli xüsusiyyətləri koronavirus infeksiyası zamanı qarşımıza çıxan bir sıra dəyişikliklərə bağlıdır. Bu səbəbdən digər pnevmoniyalarda olduğu kimi ortaya çıxa biləcək fəsadlar həm pnevmoniyanın gedişinin ağırlığına bağlı, həm də ki digər orqan və sistemləri zədələyici təsirindən asılıdır.

Bu pnevmoniyalar zamanı rast gəlinən əsas ağırlaşma ağciyərlərin fibrozudur ki, bu da xəstənin uzun müddət oksigenterapiyaya ehtiyacının olması ilə nəticələnir. Xəstə COVİD 19-dan sağalsa da, yeni bir xəstəlikdən, ağciyərlərin fibrozundan əziyyət çəkir. Onun müalicəsində antifibrotik terapiyaya, fizioterapiya da ehtiyac yaranır”.