SON DƏQİQƏ: Çox sayda qırıcı sərhədi keçdi – Raketlər işə salındıbackend

Tayvan çox sayda Çin hərbi təyyarəsinin ölkə sərhədlərini pozduğunu açıqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada qırıcı təyyarələr və nüvə daşımaq gücündə olan bombardmançılar da daxil olmaqla 19 təyyarənin sərhəd rejimini pozduğu deyilib.

Nazirlik Çin təyyarələrini xəbərdar etmək üçün raket sistemlərinin aktivləşdirildiyini və döyüş təyyarələrinin havaya qaldırıldığını bildirib.
Çin hələlik rəsmi açıqlama verməyib. //Teleqraf.com