SON DƏQİQƏ: Dövlət başçısından daha bir sərəncambackend

“Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibi təsdiq edilib.

“Yeni Gündəm”xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Direktorlar Şurası aşağıdakı tərkibdə təsdiqlənib:

Direktorlar Şurasının sədri

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Direktorlar Şurasının üzvləri

Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Gündüz Əliyev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.