SON DƏQİQƏ: döyüş təyyarəsi qəzaya uğradı, pilot…backend

ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb.

“Yeni Gündəm” xəbər verir ki, Hərbi Hava Qüvvələrinə aid F-35A tipli təyyarə Florida ştatı yaxınlığında qəza enişi edib.

Eqlin Hərbi Hava Qüvvələri təyyarənin gündəlik uçuşu həyata keçirdiyi zaman qəzaya uğradığı, pilotun sağ qurtulduğu bildirilib.

Qeyd edək ki, ötən həftə “F-22 Raptor” tipli döyüş təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğramışdı. Hər iki təyyarə ABŞ ordusunun ən bahalı təyyarələrindəndir.