SON DƏQİQƏ! Əli Əliyev sərbəst buraxıldı və ilk açıqlama verdibackend

Xəbər verdiyimiz kimi, Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev sərbəst buraxılıb.

Musavat.com-un əməkdaşı Ə.Əliyevlə əlaqə yaradıb. Partiya sədri bildirib ki, yenicə sərbəst buraxılıb və hazırda partiyanın yerləşdiyi qərargaha doğru gedir. O, onunla eyni zamanda saxlanılan Bumeranq TV-nin rəhbəri Elçin Rəhimzadənin də sərbəst buraxılacağını gözlədiyini və bərabər bu dindirmə ilə bağlı ortaq açıqlama veriləcəyini deyib: “Bir müddət sonra geniş açıqlamamız olacaq”.

Musavat.com xatırladır ki, axşam saat 17 radələrində Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev saxlanılması barədə məlumat yayıldı. Onunla yanaşı, “Bumeranq” TV-nin baş redaktoru Elçin Rəhimzadənin də saxlanıldığı yayılan məlumatlar sırasında idi.

Həmin dəqiqələrdə Musavat.com Əli Əliyevin Dövlət Təhlükəsizlik Xidməti ( DTX) tərəfindən saxlandığını müəyyən edə və yetkililərlə danışa bilmişdi. DTX-dan Musavat.com-a açıqlanmışdı ki, VİP sədri və “Bumeranq” TV -nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar.