SON DƏQİQƏ: Əməkdar artistin anası komaya düşdü – FOTObackend
Əməkdar artist Nigar Şabanovanın anası komaya düşüb.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə müğənni “Instagram” hesabında yazıb.
Nigar Şabanova bildirib ki, anası günlərdir komadadır:
“Oyan qurban olum. Ana, gəlirəm. Nazlı qızım, aç gözünü, oyan, sən məni tək qoyub getmərsən, buna inanıram. Mənim atamdan, səndən başqa heç kimim yoxdur. Oyan, sən güclüsən mən sənsiz çox yaşaya bilmərəm.
Gözümün nuru, xanım anam, qolumu, qanadımı qırma. Anam komadadır, dua edin. Allah dualarınızı eşidər. İnanıram ki, məni həqiqətən sevənlər var. Bir neçə gündür ki, susuram, paylaşmıram, amma həqiqətən dualarınıza ehtiyacım var. Anamsız mən heç kiməm”.
Əməkdar artistin anası komaya düşdü (FOTO)