SON DƏQİQƏ! Ərdoğan Azərbaycanla bu müqavilələri imzalayacaq  – Deputat açıqladıbackend

Deputat Ərdoğanın ölkəmizə səfərində imzalanacaq müqavilələri açıqladı.

“Yeni Gündəm” xəbər verir ki, Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

“Türkiyə ilə Azərbaycan arasında çox mühüm strateji istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilə səfər prosesində imzalanacaq xeyli sayda müqavilələr var. Hesab edirəm ki, kənd təsərrüfatı, inşaat, nəqliyyat, kommunikasiya, Qarabağda torpaqların müasir üsulla becəriləsi, aqrar sənayenin yaradılması və s. istiqamətdə əlaqələrin inkişaf etdirilməsi üçün müqavilələr imzalana bilər.

Bu müqavilələr Bakıda və Şuşada imzalanmasından asılı olmayaraq, əlaqələri genişləndirməklə yanaşı, iki qardaş ölkənin gələcəyini də müəyyən edəcək. Müqavilələr böyük həcmli və iri maliyyə tutumlu müqavilələr olacaq”, – o bildirib.