SON DƏQİQƏ: Ermənilər bu ərazini də boşaldır – AZƏRBAYCANA QAYTARILIRbackend

Ermənistanın Baş naziri Nikol Paşinyan tarixi Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı göstəriş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzetində məqalə dərc edilib. Qəzet yazır ki, Baş nazir bölgənin əhalisi ilə görüşdən sonra qubernator Razmik Tevonyanla müzakirə aparıb.

“Görüşdə Tiqranaşen (Kərki) kəndinin gələcək taleyi müzakirə olunub.

Paşinyan yaxın gələcəkdə kəndi boşaltmağı tapşırıb”, deyə məqalədə bildirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan Kərki kəndi 1990-cı illərdə ermənilər tərəfindən işğal edilib.

44 günlük müharibədən sonra kəndin Azərbaycana qaytarılması istiqamətində müzakirələr aparılır.