SON DƏQİQƏ! Ermənistanda ard-arda güclü zəlzələ baş verdibackend

Ermənistanın Çəmbərək rayonunda bir neçə dəqiqəlik fasilələrlə 3 dəfə zəlzələ baş verib.

Busaat.az APA-nın Gürcüstan bürosuna görə xəbər verir ki, bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə 5.2 bal gücündə, daha sonra isə 3.8 və 4.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin episentrinin Gürcüstan sərhədindən 81, 80 və 79 kilometr məsafədə, Azərbaycanla sərhəddə yerləşdiyi bildirilib.