SON DƏQIQƏ: Ermənistandan atışma xəbəri gəldi – Yaralılar varbackend

Ermənistanın paytaxtı Yerevanda atışma olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Məlumata görə, hadisə “Karmir blur” qəbiristanlığında baş verib. Atışma zamanı bir neçə nəfər xəsarət alıb. Onlar Yerevanın ayrı-ayrı xəstəxanalarına yerləşdiriliblər. Xəsarət alanlar arasında həmçinin kəsilmiş-deşilmiş yaralar alanlar da var. “Shamshyan.com” bildirib ki, atışma paytaxtda bir neçə ay əvvəl törədilmiş qətllə bağlıdır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Təhqiqatçılar ərazidə atıcı silahların xeyli sayda gilizlərini, güllə, qan izlərini aşkarlayıblar.