SON DƏQİQƏ: Hava limanında təyyarələr toqquşub, ölənlər varbackend

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərindəki Harri Rid beynəlxalq hava limanında iki təyyarə toqquşub.

Bu barədə “Yeni Gündəm” “Fox News” telekanalına istinadən xəbər verir.

Telekanalın yerli bölməsinin polisə və yerli aviasiya departamentinə istinadən verdiyi məlumata görə, hadisə zamanı təyyarələrin göyərtəsində olan insanlar həlak olub.

“Fox News” qeyd edib ki, ölənlərin dəqiq sayı hələ məlum deyil. Təyyarələr toqquşduqdan sonra yanıb.

“Associated Press” agentliyi isə xilasetmə xidmətindəki mənbələrə istinadən qəza zamanı 4 nəfərin həlak olduğunu xəbər verib.

Ölənlərin şəxsiyyətləri və qəzanın başvermə səbəbləri barədə məlumat verilmir