SON DƏQİQƏ! Hərbçilərimiz helikopterlə düşmən mövqelərini YERLƏ-YEKSAN ETDİ / ANBAAN VİDEObackend

Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyatı üzrə birləşmə və hissələrində başlayan komanda-qərargah təlimi bölmələrin döyüş tapşırığına uyğun və şəxsi heyətin çöl vərdişlərinin təkmilləşdirilməsi məqsədilə davam edir.
 
KAİM.az xəbər verir ki, komanda-qərargah təliminin planına uyğun olaraq növbəti mərhələdə dağlıq və çətin relyefli əraziyə taktiki desant endirilib.

Helikopterlərlə düşmən mövqelərinin dərinliklərinə endirilən xüsusi təyinatlı diversiya-kəşfiyyat qrupları çətin relyefli ərazilərdən, sıldırım dağ aşırımlarından keçməklə döyüş fəaliyyətini icra ediblər.

Təlimdə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış vəziyyətdə bölmələrin döyüş uzlaşması aparılıb. Birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə tabor taktiki qrupları şərti düşmənin ön xətdə və yaxın dərinlikdə yerləşən bölmələrinin məhv edilməsi üzrə taktiki fəaliyyətləri yerinə yetiriblər.

 

mənbə: Modern.az