SON DƏQİQƏ: hərbçimiz ŞƏHİD OLDUbackend

Vətən müharibəsində yaralanan daha bir hərbçimiz şəhidlik zirvəsinə ucalıb.

“Yeni Gündəm” xəbər verir ki, söhbət Bakının Maştağa qəsəbəsindən olan Şəfizadə Saleh Samir oğlundan gedir.

Şuşa istiqamətində gedən döyüşlərdə başından yaralanan Saleh üç aya yaxın komada qalıb. Komadan ayılmayan Saleh ötən gün şəhidlik zirvəsinə ucalıb.