SON DƏQİQƏ:Kamil Zeynallı azadlığa çıxdı – FOTObackend

Karantin qaydalarını pozduğu üçün həbs edilən idmançı Kamil Zeynallı azadlığa çıxıb.

“Yeni Gündəm”-in məlumatına görə, K.Zeynallı 10 sutka inzibati həbs cəzasını başa vurduğu üçün sərbəst buraxılıb.

O, mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs edilib.

K.Zeynallı bu müddət ərzində Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılıb.