SON DƏQİQƏ! Meşələrdə gizlənən erməni yaraqlısı ələ keçdi – VİDEObackend

Qarabağ meşələrində gizlənərək Azərbaycan hərbçilərinə təhlükə yaradan ermənilərdən biri yaralı vəziyyətdə ələ keçirilib.

“Yeni Gündəm” xəbər  verir  ki, sosial şəbəkələrdə yayılan  videodan  görünür  ki, erməni yaraqlısı  yaralıdır. Azərbaycan  hərbçiləri humanistlik göstərərək erməni əsgərə ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, bu gün  rəsmi yayılan məlumata  görə, Hadrutda  gərginlik yaşanıb. Azərbaycan Ordusu  təxribat  törədən  erməni yaraqlılarına  layiqli cavab  verib.