SON DƏQİQƏ: Milli Cəbhə Partiyası (MCP) sədr müavininin döyülməsiylə bağlı BƏYANAT verdibackend
Milli Cəbhə Partiyası (MCP) sədr müavininin döyülməsiylə bağlı BƏYANAT verdi.
Bəyanatda deyilir:
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin müavini, ilahiyyatçı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Tural İrfana qarşı Abşeron Rayonu, Masazır Bələdiyyəsində bələdiyyə üzvləri tərəfindən qanunsuz hərəkətlər, rüşvət tələbetmə, təhqir və döyülmə halı baş verib.
Hazırda məlum özbaşınalıq və cinayət hadisəsi ilə bağlı Abşeron Rayon polisi araşdırma aparır, ilkin tibbi məhkəmə ekspertizası təyin edilib. Tural İrfan bu haqda Baş Prokurorluq yanında Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə idarəsinə də müraciət edib.
Qeyd edək ki, bu hadisənin deputat Razi Nurullayevin bələdiyyələrlə bağlı məlum tənqidi çıxışından sonra, məhz onun müavininə qarşı törədilməsini məqsədli addım kimi qiymətləndiririk.
Milli Cəbhə Partiyası (MCP) və eləcə də partiya sədri deputat Razi Nurullayev bu hadisəni pisləyir, şiddətlə qınayır, dövlət orqanlarını səssiz qalmamağa, bu rəzalətə qısa zamanda hüquqi qiymət verməyə çağırır, hadisədə əli olanların cəzalanmasını tələb edir. Partiya olaraq bu tələbimizin gerçəkləşməsi üçün sonuna qədər mübarizə aparacağıq.
Qeyd edək ki, sədrimiz Razi Nurullayev daim məmur özbaşınalğına, süründürməçiliyinə, vətəndaşların hüquqlarının taptalanmasına qarşı mübarizə aparır. Parlament kürsüsündə daim vətəndaşların hüquqlarını müdafiə edən bir deputatın partiyasının sədr müavininə qarşı bu özbaşınalıq sadəcə rəzalətdir!
Ziyalılar.az