SON DƏQİQƏ:Mingəçevirdə ağır qəza — 13 nəfər xəsarət aldıbackend

Bu gün Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Gündəm” report-a istinadən xəbər verir ki, minik avtomobili idarəetməni itirərək yol kənarında Ramazan bayramını qeyd etmək üçün qoyulmuş stol ətrafında toplaşan insanlara çırpılıb.

Nəticədə 13 nəfər, o cümlədən 10 uşaq müxtəlif dərəcəli xəsarət alıblar.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, şəhər xəstəxanası, bütün şəhər strukturları hadisə ilə bağlı fəaliyyət başındadırlar:

“Şəhər xəstəxanasında bütün imkanlar xəsarət alanların müayinə və müvafiq müalicəsi üçün səfərbər olunub, bütün tibb personalı təcili surətdə işə çağrılıblar”.

Yenigündəm.az