SON DƏQİQƏ! Mühüm ərazinin Azərbaycanın nəzarətinə keçməsinin VİDEOSU YAYILDIbackend

Dünəndən ermənilər Azərbaycan ordusunun Zəngəzurda irəliləməsindən narahatlıq keçirirlər.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu 12 may axşam saat 23.00 radələrində erməni Baş nazir Nikol Paşinyanın təcili çağırdığı fövqaladə yığıncaqda da təsdiqləyib. Paşinyan bunun yolverilməz olduğunu desə də, hadisələr tədricən Azərbaycanın əzəli torpaqlarımızda üstünlüyünü göstərir.

Bu günlərdə əldə etdiyimiz görüntülərdə həqiqətən də Azərbaycan SQ-nin Qara göl ətrafında hərbi hissəsinin və gölə nəzarətin ordumuzda olması görünür. Maraqlı məqam odur ki, video 30 aprel tarixində çəkilib.

Həmin görüntüləri təqdim edirik: