SON DƏQİQƏ: Nicat Nəsirli vəfat etdibackend

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) şöbə müdiri, aqrar sahə üzrə ekspert Nicat Nəsirli vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə onun dostu Anar Qaraxançallı məlumat verib.

“Nicatla ən son sentyabrın 3-də danışdıq. Beynində bədxassəli şiş müəyyən olmuşdu, bədəninin bir tərəfi tutmurdu artıq. Özü də biraz bədbin idi. Nə qədər ümid verməyə çalışsam da, dedi ki, atam bu bəladan həyatını itirib. Dostlardan halallıq istədi. İki gün sonra Türkiyəyə getdi. Ayın 14-ü və 18-i iki ağır əməliyyat keçirdi. Yoldaşı ilə əlaqə saxlayırdıq. Bir saat əvvəl Nicatı itirdiyimizi bildirdi”, – deyə A.Qaraxançallı bildirib.

Allah rəhmət eləsin!