SON DƏQİQƏ: Nişanlısından 3 gün sonra o da öldübackend

Xəbər verdiyimiz kimi, iyunun 12-si Şəki şəhərində toya hazırlaşan nişanlı cütlük qəzaya uğrayıb. “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan nişanlısı 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

“Yeni Gündəm” – in məlumatına görə, Balakən rayon Hənifə kənd sakini olan Göyüşova Günel bu gün Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı.
Qafqazinfo