SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı – TƏCİLİbackend

Azərbaycanda 129 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə “Yeni Gündəm”-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 4 vəfat edib.

Bu günə qədər ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, aktiv xəstə sayı 3 197-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.