SON DƏQİQƏ! Operativ Qərargah təcili iki məlumatı əhaliyə çatdırdıbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 545 yeni yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ”Yeni Gündəm”-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

Operativ Qərargahdan verilən digər məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1456 vaksin vurulub.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 885, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 157 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 844 344 təşkil edir.