SON DƏQİQƏ: Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI – Kəskin artdı, XEYLİ SAYDA ÖLƏN VARbackend
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 831 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Gündəm” -ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 256 201 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 236 151 nəfər müalicə olunaraq sağalıb, 3491 nəfər vəfat edib, 16 559  aktiv xəstə sayı  nəfərdir.
Ölkədə son sutka ərzində 10 590, hazırkı dövrədək isə 2 837 044 test aparılıb.