SON DƏQİQƏ! Ordu bu əraziyə qədər irəlilədi: 2 ardıcıl hücumdan sonra QƏLƏBƏ XƏBƏRİ…backend

Donetsk bölgəsindəki rus qruplaşması, irəliləməyə davam edərək, Baxmutun cənub-şərqində son vaxtlar əldə etdiyi kiçik uğurlardan istifadə etməyə çalışır.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun yeni hesabatında deyilir.

“Rusiya qüvvələri Baxmuta fokuslanmaq üçün Severski ələ keçirmək cəhdlərinin əhəmiyyətini azalda bilər, lakin bu barədə danışmaq hələ tezdir. Rus qoşunları Novoluqanskoye bölgəsində bu yaxınlarda ələ keçirdikləri mövqelərdən şimala, Baxmuta doğru irəliləməyə davam edirlər. Uqlehorskaya SES-i, həmçinin T1302 şossesi ilə cənub-qərb istiqamətində ələ keçirilən mövqelərdən Berestova qədər irəliləyib”, – məlumatda deyilir.

Amerikalı ekspertlər qeyd edirlər ki, Rusiya qüvvələri Seversk ətrafında konkret uğurlar əldə etmək üçün əlindən gələni edib və iyulun əvvəlində Luqansk vilayətinin inzibati sərhədinin ələ keçirilməsindən sonra şəhər istiqamətində təsdiqlənmiş hərəkətlər etməyib.

“Beləliklə, Rusiya komandanlığı, çox güman ki, Seversk üzərində davam edən təzyiqlərə görə, Baxmut ətrafında tempi saxlamağa çalışacaq. Bu istiqamətdə son zamanlar tədricən irəliləyiş olmasına baxmayaraq, rus qoşunlarının Baxmutun özünü ələ keçirməsi ehtimalı azdır”, – İnstitutun hesabatında qeyd olunub.

Xatırladaq ki, ekspertlərin fikrincə, Rusiya Federasiyası hazırda Donbasda yalnız iki hücum nəməliyyatına tab gətirə bilər.

Mənbə: Kaim.az