SON DƏQİQƏ: Ordubad-Mincevan yolu hazırdır: Ermənistan-İran sərhədi bağlanır – Ermənilərdən boşaldılırbackend

Ermənistanda “Demokratik Qütb” Hərəkatının şura üzvü Jirayr Sefilyan açıqlama verərək bildirib ki, onda Meğri rayonu ilə bağlı məlumat var.

“Yeni Gündəm” qaynarinfo-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, yeni çəkilən magistral yol tamamilə hazırdır. Yol Mincevandan Ordubada təxminən 42 km məsafədədir və rus qoşunları yolu nəzarət etməyə tam hazırdır.

O, həmçinin son həftələrdə Ağarəkdən Ordubada qədər olan ərazilərdə erməni mövqelərinin olmasına baxmayaraq, Rusiya sülhməramlı qüvvələrinin birbaşa erməni qoşunlarının arxasında yerləşdirildiyini bildirib.

“Meğri bölgəsindən, xüsusən də Ağarəkdan erməni əhalisinin boşaldılması ilə bağlı xəbərlər var. İlk növbədə zavodun bağlanması ilə bağlı söhbətlər gedir. Bilirik ki, oradakı zavod 24 saat işləyir və Ağarək əhalisi əsasən həmin zavodun sayəsində bu günə qədər qalıb yaşayır. Söhbət mis-molibden kombaynından gedir, orada qızıl da var, amma onu bizim “əziz” ruslar bizdən gizlədir və qarət edirlər. Zavodun bağlanmasını isə tullantı sularının Araz çayına axıdılması ilə əlaqələndirəcəklər. Zavodda 1100-dən çox fəhlə işləyir, bu qədər ailə işsiz qalacaq və məcburən qəsəbəni tərk etməli olacaqlar. Qeyd edim ki, hər şey bununla məhdudlaşmayacaq. Artıq ordumuz da bölgədə yerləşən qoşunlarındakı müqaviləli işçilərini də geri çəkməyə başlayıb, yəni bir neçə yüz ailə də bu səbəbdən Ağarki tərk edəcək. Bununla paralel olaraq, son aylarda 180-ə yaxın rus zabitinin ailələrinin Ağarəkə gedən yolda salınan yeni şəhərciyə yerləşdirildiyinin şahidi olduq. Bütün bunlara paralel olaraq 5-7 km dəhlizdən söhbət gedir və magistral yol açılanda Ermənistan-İran sərhəd keçid məntəqəsi bağlanacaq. Bu məlumat da mənə çox qəribə gəldi. Çünki, mən İran Ayətullahının son bəyanatını oxumuşdum”, deyə Sefilyan bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın ruhani lideri Ayətullah Əli Xamenei Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ermənistan-İran sərhədindən danışıb və bildirib ki, əgər İranla Ermənistan arasında sərhədi bağlamaq siyasəti aparılarsa, İran buna qarşı çıxacaq: “Qarabağın Azərbaycana geri qayıtmasını alqışlayırıq. Əlbəttə, işin içində İran-Ermənistan sərhədlərinin bloklanması siyasəti varsa, İslam Respublikası buna qarşı çıxacaqdır, çünki bu sərhəd min illik bir nəqliyyat yoludur”.

Sefilyan isə qeyd edir ki, bu məsələdə həm İranın, həm də ABŞ-ın maraqları üst-üstə düşür.

“Mən əminəm ki, geosiyasi proseslərə görə Rusiya tərəfi öz məqsədlərinə çatmayacaq və Meğrinin ermənilərdən təmizləmə siyasətinə nail olmayacaq. Ancaq bu o demək deyil ki, evlərimizdə rahat yaşamaq üçün oturub dünyanın rusu və türkü məğlub etməsini gözləməliyik”, deyə Sefilyan qeyd edib.