SON DƏQİQƏ:Ordumuz Füzuli şəhərinin mərkəzinə daxil olub – VİDEObackend
Türkiyənin “A Haber” kanalı cəbhə bölgəsindən ən son məlumatları çatdırır.
 

“Yeni Gündəm” xəbər verir ki, türk kanalı cəbhədən şad xəbər verməkdədir.

Canlı yayıma qoşulan müxbir bildirib ki, Azərbaycan Ordusu Füzuli şəhərinin mərkəzinə daxil olub.

Daha bir məlumata görə, Ermənistan hərbçiləri 8 kilometr geri çəkilməyə məcbur edilib.

“A Haber” kanalının müxbirinin sözgedən açıqlamasını təqdim edirik: