SON DƏQİQƏ: Ordumuz Laçın dəhlizini bağlayıb? – Xarici media yazır ki…backend

Bəzi xarici xəbər saytları Azərbaycan Ordusunun Laçın dəhlizinə nəzarəti əl keçirdiyini, lakin qəsdən bağlamadığını bildirir. Onlar iddia edir ki, Azərbaycan Ordusu Ermənistanın daha çox texnikasını, əsgərini məhv etmək istəyir.

Bəs, bu iddialar nə qədər realdır?

Məsələ ilə bağlı danışan hərbi ekspert Ramil Məmmədli deyilənlərinəsassız olduğunu bildirib:

“Azərbaycan Ordusu Laçın dəhlizinə nəzarət etdiyi halda, dəhlizi bağlamırsa, bunun ancaq məqsədi Dağlıq Qarabağ ərazisini tərk etmək istəyən mülki ermənilərin rahatlıqla əraziləri boşlatması üçün ola bilər. Əgər Azərbaycan Orudusu Laçın dəhlizinə nəzarət edirsə, həmin dəhlizdən hərbi texnikanın gətirilməsinə imkan verməz. Çünki həmin dəhliz vasitəsi ilə hər hansı bir ordu, texnika gəlirsə, bu, bizim əleyhimizədir. Bu müharibənin, hərbi əməliyyatların əsas məqsədi Ermənistan tərəfinin hərbi təyinatlı vasitələrinin hərəkətinin məhdudlaşdırmaq, torpaqları qısa zamanda işğaldan azad etməkdir. Əminliklə deyə bilərəm ki, bəzi xarici mətbuatın iddiası əsassız və təxribat xareklerlidir”. Redaktor.az