SON DƏQİQƏ! Ordumuzun anti-terror əməliyyatı ilə bağlı ŞOK GƏLİŞMƏ – Kəlbəcər istiqamətində…backend

Azərbaycan ərazisində qalan erməni silahlılarının tam çıxarılmaması 18 aydır ki, davam edir. Azərbaycan bu məsələyə bir qədər təmkinlə yanaşırdı. Görünür bu istiqamətdə qapalı danışıqlar gedirdi. Lakin ötən gün ölkə başçısı açıq şəkildə rusiyalı generalın Bakı səfəri zamanı bu məsələnin Azərbaycan müdafiə naziri ilə müzakirə edildiyini bildirdi. Məhz ötən ayın sonuna qədər erməni silahlılarının Qarabağdan çıxarılmasına dair şifahi razılaşmanın əldə olunduğu vurğulandı. Amma bu proses yenə də icra edilməyib. Artıq bu məsələdə Azərbaycanın səbri tükənib.

Bunu Teleqraf.com-a hərbi eksperet Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, açıq şəkildə Ermənistan mesaj verilir ki, bu proses baş verməyəcəksə, Azərbaycan öz bildiyini edəcək: “Artıq Azərbaycan tərəfindən həmin erməni silahlılarının Qarabağdan təmizlənməsi üçün tədbirlərə əl ata biləcəyi istisna edilmir. Belə bir əməliyyatın keçirilməsi üçün kifayət qədər ciddi əsaslar var. Əməliyyatları fərqli adla da adlandırmaq olar. Bu, antiterror və təmizləmə əməliyyatı da adlana bilər. İstənilən halda bu Ermənistana ağrılı bir nəticələr vəd edir. Qaragöl, Fərrux əməliyyatlarını bu sıradan xüsusi ilə qeyd edə bilərik. Həmin ərazilərdə də erməni tərəfi atəşkəsi fasiləsiz olaraq pozurdu. İndi isə eyni analogiya Kəlbəcər istiqamətində yaşanır”.

Hərbi ekspert hesab edir ki, erməni tərəfinin ardıcıl olaraq atəşkəsi pozması, onun Azərbaycana qarşı ərazi iddiası deməkdir: “Demək ki, onların hansısa iddialar var ki, bu istiqamətdə atəş açır. Ona görə də, Azərbaycan bu məsələlərdə bir qədər səbri tükənmiş kimi görünür. Bunun da nəticələrini öncədən ehtimal etmək çətin deyil. Çünki 1994-cü ildən bu günə qədər Azərbaycan tərəfi bir dəfə də olsun hərbi əməliyyatlarda geri addım atmayıb. Əksinə Ordumuz hər bir həmlədə erməni işğalında olan ərazilərimizi azad edib. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə isə Azərbaycan əraziləri işğaldan azad olunub. Bu baxımdan erməni tərəfi bu tarixlərə nəzər salıb nəticə çıxarsa daha yaxşı olar”.