SON DƏQİQƏ: Pakistanda DƏHŞƏTLİ PARTLAYIŞ – 25 nəfər…backend

Pakistanın Ravalpindi şəhərində polis bölməsinin yaxınlığında güclü partlayış törədilib.

“Yeni Gündəm” xəbər verir ki, hadisədə 4-ü bir ailənin üzvü olmaqla, 25 nəfərin yaralandığı bildirilir. 22 nəfər xəstəxanaya aparılıb, üç nəfərə hadisə yerində yardım göstərilib.

Polis partlayışın əl bombası ilə törədildiyini ehtimal edir.

Hadisə ilə bağlı təhqiqat aparılır.