SON DƏQİQƏ: Paşinyan Putinə zəng etdibackend
Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
“Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub”, –  Kremlin mətbuat xidmətinin məlumatında qeyd olunub.