SON DƏQİQƏ: Polis bu qızı axtarır  – FOTOYA DİQQƏT!backend

Yevlax rayon sakini, 19 yaşlı Sitarə Mustafalı cari ilin iyul ayının 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Yeni Gündəm”-ə verilən məlumata görə, onun əlamətlərini belədir: boyu 160 sm., arıq bədən quruluşlu, saçları uzun və qaradır.

Şəkildə gördüyünüz Sitarə Mustafalının yeri barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə və 022-336-45-02; 051-468-11-11 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.