SON DƏQİQƏ:Polis jurnalisti gözündən vurdu – Bir gözü həmişəlik…backend
ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsinə qarşı etiraz aksiyaları artıq 5 gündür ki, davam edir.

“Yeni Gündəm” xəbər verir ki, polis isə aksiyaların keçirilməsinə mane olur. Bu dəfə Minnepolis ştatına etiraz aksiyalarını görüntüləyən jurnalist Linda Tirado plastik güllə ilə gözündən vurulub.

37 yaşlı müxbir gözündən vurulduğu anda “Jurnalistəm!” deyə qışqırdığını bildirib.

Qeyd edək ki, Linda Tiradonun sol gözündə qalıcı korluq olacağı açıqlanıb.