SON DƏQİQƏ: Polis rəisinin özünü öldürdüyü yerdən görüntülər – VİDEObackend

Xəbər veridiyimiz kimi, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

“Yeni Gündəm” xəbər verir ki, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

“Yeni Gündəm” hadisə yerindən görüntüləri Trend-ə istinadən təqdim edir.