SON DƏQİQƏ: Prezident İlham Əliyev yeni Mədəniyyət naziri təyin etdibackend

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

“Yeni Gündəm” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.

Qeyd edək ki, A.Kərimov ötən ilin iyulun 20-də dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi. Dövlət başçısının digər sərəncamı ilə mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona verilmişdi.

 Anar Kərimov