SON DƏQİQƏ! Putin Şoyquya Ukraynaya hücumun ləğv edilməsini ƏMR ETDİ – “DAYANDIRIN”backend

Rusiya Prezidenti Vladimir Putin bu gün Müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Mariupoldakı “Azovstal” sənaye zonasına hücumu yersiz adlandırıb və onun ləğv edilməsini əmr edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Şoyqunun sözlərinə görə, rus qoşunlarının 2000-dən çox insanın qaldığı “Azovstal”da nəzarəti ələ keçirməsi “təxminən 3-4 gün” çəkəcək. Ancaq Rusiya Prezidenti bununla razılaşmayıb. “Mən sənaye zonasına təklif edilən hücumu məqsədəuyğun hesab etmirəm və onun ləğv edilməsini əmr edirəm”, – Putin bildirib.