SON DƏQİQƏ:Qarabağ müharibəsinin bitəcəyi tarix açıqlandıbackend

“O suala heç kim cavab verə bilməz. Əgər düşmənin silah-sursatı bitməklə olsaydı, başqa məsələydi. Biz bilirik ki, burada silahlandırmaya təsir edən amillər var. Birincisi, cənab Prezident demişkən, Ermənistanda – Gümrüdə Rusiyanın 5-ci bazası var. Biz onu açıq deməsək də, ancaq aydındır ki, oradan ermənilər faydalana bilərlər. Hər halda, bu ehtimal böyükdür. Digər tərəfdən, 10 gün əvvəl elə 20 təyyarə reysi ilə ancaq İraqdan hərbi yönlü yüklər aparılıb”.

Bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Müdafiə Nazirliyi hər gün Ermənistan ordusunun xeyli sayda silah-sursatının məhv edildiyini, yaxud qənimət kimi ələ keçirildiyini açıqlayır, ancaq kasıb Ermənistan ordusunun silah-sursatı bitmək bilmir. Bu, nə vaxt tükənə bilər” sualı cavablandırarkən qeyd edib. Ekspert deyib ki, silah-sursatla məşğul olan şirkətlər vasitəsilə də Ermənistanı təmin edirlər: “Ancaq Azərbaycan Respublikasının müvafiq orqanları bunların qarşısını almaq üçün müəyyən tədbirlər görürlər. Amma o silah-sursat Ermənistanda olan silah-sursat deyil, biz hesablayaq ki, nə vaxt bitəcək. Bu silah-sursat bir tərəfdən məhv olunursa, o biri tərəfdən müəyyən şəkildə gətirilir. Əlbəttə, əvvəlki sayda deyil və getdikcə məhdudlaşır. Çünki Ermənistanın özünün almaq imkanları məhduddur. Həm də ki, silah-sursatı göylə çox daşımaq olmaz. Quru yol da ancaq İrandandır. İran da bizə dost mövqeyi tutur, getdikcə anlayırlar ki, Azərbayacan haqq yolundadır və bu cəhətdən dəstəkləməyə çalışırlar. Heç olmasa silahlandırma ilə bağlı Ermənistana məhdudiyyətlər qoyulub. Ona görə mənə elə gəlir ki, silah-sursatın yekunlaşması ilə bağlı sual özü konkret cavab tələb edən, ancaq konkret cavabı olmayan sualdır”.

“O ki qaldı məsələlərin indi hansı istiqamətdə inkişaf edəcəyinə, mənə elə gəlir ki, hərb-sülh yolu daha üstünlük tutacaq. Əlbəttə, bu sülh yoluna gəlməyə də ən böyük təsiredici amil Azərbaycan Ordusudur. Yəni, artıq Azərbaycan Ordusunun uğurlu nəticələri həm Minsk Qrupunu, Ermənistanı, həm də ki, onların havadarlarını Azərbaycanla hesablaşmağa məcbur edir. Düşünürəm ki, yaxın vaxtlarda bölgədə hərbdən daha çox danışıqlara üstünlük veriləcək. Yəni, prinsip cəhətdən cənab Prezident dediyi kimi, biz atəşkəsə getməyə hazırıq”, – Ş.Ramaldanov əlavə edib.

Ekspertin sözlərinə görə, bütün gedişat müharibənin bu ay bitəcəyini deyir: “Amma yenə deyirəm, müharibəyə proqnoz vermək düzgün deyil. Bu, hava proqnozu deyil ki, sən verəsən. Ancaq burada çoxlu amillər var. O amilləri nəzərə alsaq, bütün inkişaf onu göstərir ki, bu silah-sursat nə qədər gəlsə də, buna maliyyə vəsaiti lazımdır. Ermənistanda da o maliyyə vəsaiti yoxdur. Hədiyyə də 1-2 dəfə edilə bilər. Yəni, o da tükənəcək. Çünki silah-sursat çoxlu maliyyə vəsaiti tələb edir. Düşünürəm ki, biz Ermənistanın bugünkü vəziyyətini, insan resurslarını nəzərə alsaq, prinsip cəhətdən bu aydan o yana keçməli deyil”.Publika